Ot Kökləri Qrant Yardımı Proqramı çərçivəsində həyata keçirilən “Lerik rayonu Soru kəndində tibb məntəqəsinin inşası” layihəsi başa çatıb

2026/10/8
   Yaponiya hökumətinin “Ot Kökləri Qrant Yardımı Proqramı” çərçivəsində Azərbaycanın cənubunda yerləşən Lerik rayonunun Soru kəndində tibb məntəqəsi inşa olunmuşdur.
   Layihə çərçivəsində müayinə otağı, peyvənd otağı, mama-ginekologiya otağı, pediatriya otağı və digər zəruri otaqlardan ibarət bir mərtəbəli tibb məntəqəsi (ümumi sahəsi 117 kvadratmetr) inşa edilmişdir. Bununla, Soru kəndinin və yaxınlıqdakı Camaşəir və Ərdəbilə kəndlərinin sakinlərinin yaşayış yerlərinə daha yaxın ərazidə səhiyyə xidmətlərinə çıxış imkanları yüksəlmiş, ilkin tibbi xidmətlərdən yararlanmaları üçün şərait yaradılmışdır. Həmçinin, peyvənd və müxtəlif müayinələrlə yanaşı, qadın və uşaqlar üçün tibbi müayinələrin aparılması üçün şəraitin yaradılması nəticəsində, xəstəliklərin profilaktikası və erkən aşkarlanmasına, ana və uşaq sağlamlığının möhkəmləndirilməsinə, eləcə də bölgədə davamlı səhiyyə xidmətlərinin gücləndirilməsinə töhfə verilmiş olacaqdır.
   Bu tibb məntəqəsinin Soru kəndi başda olmaqla ətraf kəndlərin sakinləri tərəfindən istifadə olunması nəticəsində yerli əhalinin sağlamlığının qorunması, eləcə də bölgədə səhiyyə şəraitinin yaxşılaşacağı gözlənilir.
image
img
img