Səfir Vatanabe Katsuya və Yaponiyanın Daxili İşlər və Rabitə Nazirliyinin beynəlxalq məsələlər üzrə nazir müavini Hideo Fusedanın Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Saməddin Əsədov ilə görüşü
2026/10/14
9 oktyabr tarixində Səfir Vatanabe Katsuya Azərbaycanda səfərdə olan Daxili İşlər və Rabitə Nazirliyinin beynəlxalq məsələlər üzrə nazir müavini Hideo Fuseda ilə birlikdə Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Saməddin Əsədov ilə görüş keçirmişdir.
Görüşün əvvəlində səfir Vatanabe Katsuya bu görüşün informasiya-kommunikasiya texnologiyaları və poçt sahələri başda olmaqla, iki ölkə arasında əməkdaşlıq münasibətlərinin daha da inkişafına töhfə verəcəyinə ümidvar olduğunu bildirmişdir. Daha sonra nazir müavini Saməddin Əsədov Azərbaycanda rəqəmsallaşmanın təşviqi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat vermiş və rəqəmsal hökumət, innovasiya, kibertəhlükəsizlik və süni intellekt kimi sahələrdə Yaponiya ilə əməkdaşlığı genişləndirmək istədiklərini bildirmişdir.
Bununla əlaqədar, beynəxalq məsələlər üzrə nazir müavini Hideo Fuseda 2025-ci ildə Yaponiyanın Daxili İşlər və Rabitə Nazirliyi ilə Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında informasiya-kommunikasiya və poçt sahələrində əməkdaşlıq haqqında imzalanmış Anlaşma Memorandumunu xatırladaraq, həmin sənəd əsasında iki ölkə arasında əməkdaşlığı daha da inkişaf etdirmək istədiklərini bildirmişdir.
Həmçinin süni intellekt, poçt, səhiyyə və fəlakətlərin qarşısının alınması kimi geniş sahələrdə əməkdaşlıq imkanları müzakirə edilmişdir. Tərəflər müvafiq qurumlarla əməkdaşlıq çərçivəsində, başda rəqəmsal sahə olmaqla, iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini ifadə etmişlər.