Səfir Vatanabe Katsuya və Yaponiyanın Daxili İşlər və Rabitə Nazirliyinin beynəlxalq məsələlər üzrə nazir müavini Hideo Fusedanın “Azərpoçt”un İdarə Heyətinin sədri Manaf Babayev ilə görüşü

2026/10/14
   9 oktyabr tarixində Səfir Vatanabe Katsuya Azərbaycanda səfərdə olan Yaponiyanın Daxili İşlər və Rabitə Nazirliyinin beynəlxalq məsələlər üzrə nazir müavini Hideo Fuseda ilə birlikdə “Azərpoçt”da olmuş, qurumun İdarə Heyətinin sədri Manaf Babayev ilə görüş keçirmişdir.
   Cənab Manaf Babayev Azərbaycanda elektron ticarətin genişlənməsi fonunda poçt və logistika əməliyyatlarının səmərəliliyinin artırılması, eləcə də xidmətlərin daha da təkmilləşdirilməsi istiqamətində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə məlumat vermişdir. O, həmçinin Yaponiyanın indiyədək göstərdiyi dəstəyə görə təşəkkürünü bildirmiş və Yaponiya ilə əməkdaşlığı bundan sonra da davam etdirmək niyyətində olduqlarını vurğulamışdır.
   Bununla əlaqədar, nazir müavini Fuseda poçt sahəsində indiyədək həyata keçirilmiş əməkdaşlığı xatırlatmış, həmçinin 2025-ci ildə Yaponiyanın Daxili İşlər və Rabitə Nazirliyi ilə Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında imzalanmış əməkdaşlıq haqqında Anlaşma Memorandumuna toxunaraq, poçt və logistika sahələrində tərəfdaşlığın daha da gücləndirilməsini istədiklərini bildirmişdir.
   Görüş zamanı səfir Vatanabe Katsuyanın cənab Manaf Babayevə Yaponiyaya səfəri tövsiyəsi ilə yanaşı gələcək qarşılıqlı səfərlər və əlaqələrin inkişafı məsələləri də müzakirə olunmuşdur. Bundan əlavə, poçt xidmətlərinin səmərəliliyinin artırılması və təkmilləşdirilməsi, eləcə də beynəlxalq mexanizmlərdən istifadə etməklə əməkdaşlığın genişləndirilməsi məsələlərinə toxunulmuşdur.
img
img