Səfir Vatanabe Katsuya və Yaponiyanın Daxili İşlər və Rabitə Nazirliyinin beynəlxalq məsələlər üzrə nazir müavini Hideo Fusedanın İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri Fərid Osmanov ilə görüşü
2026/10/14
9 oktyabr tarixində Səfir Vatanabe Katsuya Azərbaycanda səfərdə olan Daxili İşlər və Rabitə Nazirliyinin beynəlxalq məsələlər üzrə nazir müavini Hideo Fuseda ilə birlikdə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində olmuş, agentliyin sədri Fərid Osmanov ilə görüş keçirmişdir.
Görüşün əvvəlində səfir Vatanabe Katsuya bu görüşün Yaponiya ilə Azərbaycan arasında rəqəmsal sahədə əməkdaşlıq münasibətlərinin daha da inkişafına töhfə verəcəyinə ümidvar olduğunu bildirmişdir. Daha sonra agentliyin sədri Fərid Osmanov Azərbaycan hökumətinin həyata keçirdiyi rəqəmsal transformasiya, süni intellektdən istifadə və rəqəmsal kadrların hazırlanması istiqamətindəki tədbirlər barədə məlumat vermiş, Yaponiya ilə əməkdaşlığın gücləndirilməsində maraqlı olduqlarını ifadə etmişdir.
Nazir müavini Fuseda təhlükəsiz, etibarlı və güvənilən süni intellektin təmin edilməsini hədəfləyən beynəlxalq təşəbbüs — “Hiroşima Süni İntellekt Prosesi” barədə məlumat vermişdir. Görüşdə, həmçinin Azərbaycanın həmin prosesin Dostlar Qrupuna qoşulması da daxil olmaqla, süni intellektin idarə edilməsi sahəsində əməkdaşlığın dərinləşdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılmışdır.
Bundan əlavə, 2025-ci ildə Yaponiyanın Daxili İşlər və Rabitə Nazirliyi ilə Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında imzalanmış əməkdaşlıq haqqında Anlaşma Memorandumu nəzərə alınaraq, rəqəmsal sahədə əməkdaşlığın ardıcıl və konkret addımlarla inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanmışdır.
Tərəflər, həmçinin rəqəmsal texnologiyaların səhiyyə və fəlakətlərin qarşısının alınması kimi sahələrdə tətbiqi imkanlarını müzakirə etmiş və gələcək əməkdaşlığın konkret istiqamətlərini müəyyənləşdirmək məqsədilə məsləhətləşmələri davam etdirmək barədə razılığa gəlmişlər.