Səfir Katsuya Vatanabenin Azərbaycandakı vəzifə müddətinin bitməsi ilə əlaqədar İqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşü
2026/10/19
16 oktyabr tarixində Səfir Katsuya Vatanabe Azərbaycandakı vəzifə müddətinin bitməsi ilə əlaqədar İqtisadiyyat naziri Mikayıl Cabbarovla vida görüşü keçirmişdir.
Görüş zamanı Səfir Katsuya Vatanabenin üç il davam edən fəaliyyəti dövründə Azərbaycanın COP29-a sədrliyi çərçivəsində əldə edilən nailiyyətlər başda olmaqla, ölkənin son illərdəki inkişafı və Yaponiya–Azərbaycan münasibətlərinin inkişafı barədə fikir mübadiləsi aparılmışdır. Həmçinin, enerji sektoru başda olmaqla, indiyədək iqtisadi əməkdaşlıq sahəsində əldə olunmuş nəticələr, iki ölkə arasında qarşılıqlı anlaşmanın və marağın artması məmnunluqla vurğulanmış, Azərbaycanı mərkəz götürən regional bağlantıların inkişafı, ticarət və investisiya, mədəni mübadilə və digər sahələrdə əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılmışdır.
Tərəflər mövcud dostluq və əməkdaşlıq münasibətlərinə əsaslanaraq, dəyişən regional və beynəlxalq vəziyyəti də nəzərə almaqla, iki ölkə arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulamış, həmçinin, gələcəkdə də müxtəlif imkanlardan istifadə etməklə Yaponiya–Azərbaycan münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində əməkdaşlığı davam etdirmək istədiklərini bildirmişlər.