Vatanabe Katsuyanın Xarici İşlər naziri Ceyhun Bayramovla görüşü
2026/10/22
19 oktyabr tarixində səfir Vatanabe Katsuya Xarici İşlər Nazirliyini ziyarət edərək vəzifəsinin başa vurması ilə əlaqədar Xarici İşlər naziri cənab Ceyhun Bayramovla vida görüşü keçirmişdir.
Görüş zamanı ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi məqsədilə geniş sahələr üzrə müzakirələr aparılmışdır. İyun ayında nazir Bayramovun Yaponiyaya səfəri də daxil olmaqla səfir Vatanabenin üç ilə yaxın davam edən diplomatik fəaliyyəti nəzərdən keçirilmiş, Yaponiya-Azərbaycan münasibətlərinin gələcək inkişafı ilə bağlı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Bundan əlavə, tərəflər enerji sahəsi başda olmaqla iqtisadi əməkdaşlıq çərçivəsində indiyədək əldə olunmuş nailiyyətləri, iki ölkə arasında qarşılıqlı anlaşmanın və marağın artmasını məmnunluqla qeyd etmiş, ticarət və sərmayə, nəqliyyat, mədəniyyət və idman mübadiləsi də daxil olmaqla, geniş sahələrdə əməkdaşlıq imkanları barədə müzakirə aparmışlar.
Tərəflər Yaponiya-Azərbaycan münasibətlərinin daha da möhkəmləndilirməsi məqsədi ilə insanlar arasında qarşılıqlı səfərlərin və müxtəlif səviyyələrdə dialoqun davam etdirilməsi, eləcə də gələn il diplomatik münasibətlərin qurulmasının 35-ci ildönümünün birgə qeyd olunması və bu əlamətdar hadisənin müvafiq şəkildə qeyd edilməsi barədə razılığa gəlmişlər.