16-cı Bakı Yapon Dili Natiqlik Müsabiqəsi

2017/8/24
30 sentyabr (şənbə) saat 13:00-da Bakı Dövlət Universitetinin Yeni korpusunun 1-ci mərtəbəsində 16-cı Bakı Yapon Dili Natiqlik müsabiqəsi keçiriləcəkdir. Müsabiqədə yapon dilini tədris edən tələbə və gənclər öz fikir və düşüncələrini yapon dilində ifadə edəcəklər. Azərbaycanda yapon dili öyrənən şəxslərin yapon dili bacarıqlarını görüb, dinləmək üçün gözəl bir fürsət olduğunu düşünür və hər kəsi müsabiqəni izləməyə dəvət edirik.

(※ Nitqlər yapon dilində olsa da, onların Azərbaycan dilində tərcüməsi monitorda əks olunacaqdır.)

Proqram(Plan)
12:30 Zal tamaşaçılar üçün açılır
13:00 Tədbirin başlanması
16:00 Tədbirin bitməsi

Təşkilatçı: Bakı Dövlət Universiteti, Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyi
Əməkdaşlıq edənlər: Azərbaycan Dillər Universiteti
Təşkilati dəstək: Yaponiya Fondu, ITOCHU, TEC international,INPEX, ISR AUTO, TEPSCO,KUYO Travel,Restoran “SETO”,Bakı Yaponlar Cəmiyyəti

Keçən ilki müsabiqənin nəticələri haqqında ümumi məlumata aşağıdakı linkdən nəzər sala bilərsiniz ↓
https://www.az.emb-japan.go.jp/itpr_ja/00_000184.html