“Dostluq” Ağacəkmə Aksiyası “Yaponiya-Azərbaycan Dostluq İli” açılış tədbiri keçirilmişdir
2022/2/11

11 fevral 2022-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Yaponiyanın Azərbaycandakı Səfirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan və Yaponiya arasında diplomatik münasibətlərin əsasının qoyulmasının 30-cu ildönümü tədbirləri çərçivəsində ağacəkmə aksiyası həyata keçirilmişdir.
Tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmiləri, Yaponiyanın Azərbaycandakı səfiri Vada Cüniçi, “Itoçu” şirkətinin Bakı ofisinin rəhbəri Yasuhiro Nakacima, Bakı Dövlət Universitetinin və Azərbaycan Dillər Universitetinin tələbələri, 225 saylı orta məktəbin və Zirvə Liseyinin müəllim və şagirdləri, “yapon.az” Yapon dili və Mədəniyyəti Mərkəzinin, ADA Universitetinin “Sakura” klubunun tələbələri iştirak etmiş, iki ölkənin dostluq əlaqələrinin təkmilləşdirilməsi məqsədi ilə Bakı şəhərinin Müşviqabad qəsəbəsində ayrılmış 3 hektar torpaqda Abşeron yarımadasının hava şəraitinə uyğun olan ağacların 3000 tingini əkilmişdir.
Bu tədbirin ardınca, il ərzində Yaponiya-Azərbaycan diplomatik əlaqələrinin qurulmasının 30-cu ildönümünü qeyd etmək üçün “Yaponiya-Azərbaycan Dostluq İli 2022” tədbirlər silsiləsinə start veriləcəkdir.
2022-ci ili birgə təntənəli şəkildə qeyd edək!
***Qeyd
Səfirliyimiz “Dostluq İli”-ni qeyd etmək üçün göndərilmiş müraciətlərə nəzər salaraq, uyğun gələcək tədbirlərin “Yaponiya-Azərbaycan Dostluq İli” Yubiley tədbirləri adı altında keçirilməsinə razılıq verərək qeydə alınmasını həyata keçirir.
Qəbul ediləcək tədbirlərin təbliğat materialları (poster, buklet, veb səhifə, reklam lövhəsi, banner və s.) üçün “Yaponiya-Azərbaycan Dostluq İli 2022” adının və loqosunun istifadəsi mümkündür. Nəzərinizə çatdırırıq ki, qəbul ediləcək tədbirin adı və onun haqqında məlumat “Dostluq İli” ilə bağlı xüsusi veb səhifəmizin “Tədbirlər kalendarı” hissəsində yayımlanacaqdır.
Daha ətraflı məlumat üçün bu linkə daxil ola bilərsiniz.