Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyində “Ot Kökləri və İnsan Təhlükəsizliyi” Qrant Yardımı Proqramı üzrə məsləhətçi vəzifəsinə işə qəbul elanı
2022/10/24
Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyində
“Ot Kökləri və İnsan Təhlükəsizliyi” Qrant Yardımı Proqramı üzrə məsləhətçi vəzifəsinə işə qəbul elanı
“Ot Kökləri və İnsan Təhlükəsizliyi” Qrant Yardımı Proqramı üzrə məsləhətçi vəzifəsinə işə qəbul elanı
Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyi “Ot Kökləri və İnsan Təhlükəsizliyi” Qrant Yardımı Proqramı layihələri üzrə aşağıda qeyd olunan şərtlərlə 1 nəfər Azərbaycan vətəndaşı olan məsləhətçi qəbulu elan edir. Məsləhətçi müqaviləsi əmək müqaviləsi olmayıb, əmək müqaviləsinə daxil olan bir sıra şərtlər bu müqaviləyə daxil deyildir. Sosial sığorta ilə bağlı qeydiyyat öz tərəfinizdən edilməlidir.
1. Ərizə qəbulunun müddəti:
2022-ci il, 24 oktyabr saat 15:00-dan, 30 noyabr, saat 17:00-a qədər.
(Ərizələr 30 noyabr, Bakı vaxtı ilə saat 17:00-a qədər və yalnız elektron poçt (e-mail) vasitəsilə qəbul olunur).
2. İşə başlama tarixi:
1 fevral (çərşənbə), 2023-cü il tarixindən nəzərdə tutulur.
3. İşin məzmunu:
Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyinin İqtisadi Əməkdaşlıq şöbəsinin rəhbərinin göstərişlərinə uyğun olaraq aşağıdakı işlər yerinə yetirilir:
1) Layihələrin qurulması ilə əlaqədar ilkin monitorinq və sorğu barədə materialların hazırlanması
Müraciət olunan layihələr ilə əlaqəli hədəf bölgədəki vəziyyət, qarşıda duran vəzifələr, layihənin icrası ilə əlaqəli problemlər, müraciət edən Qeyri Hökumət Təşkilatının layihəni həyata keçirmə potensialı ilə bağlı lazımi monitorinqin keçirilməsi, layihəyə müraciət sənədlərinin hazırlanması.
2) Layihənin monitorinqi və nəzarətdə saxlanması
İcrası davam edən, habelə tamamlanmış layihələrin düzgün idarə edilməsi üçün layihəni icran edən QHT ilə daima əlaqədə olmaqla icra vəziyyətinin monitorinqi və sonrakı nəzarətin həyata keçirilməsi
3)İmzalanma və açılış mərasimlərinin təşkili
Qrant müqaviləsinin imzalanma mərasimi, eləcə də layihənin başa çatdırılması ilə əlaqədar açılış (təhvil-təslim) mərasiminin təşkili və əlaqədar şəxslərlə birgə həyata keçirilməsi
4) Müxtəlif növ hesabatların hazırlanması
Hər bir QHT ilə məktub, e-mail, telefon və görüşlər vasitəsilə əlaqə və işlərin koordinasiyasının təmin edilməsi. (1) - (3) bəndlərindəki vəzifələrlə əlaqədar regionlara səfər edərək ezamiyyət, monitorinq və aylıq hesabat sənədlərinin hazırlanması
4. Müqavilə müddəti:
1 fevral (çərşənbə) 2023-cü il tarixindən 31 mart (cümə) 2023-cü il tarixinədək
(Müqavilə Yaponiya maliyyə ilinə uyğun olaraq bağlanılır. Yaponiya maliyyə ili 1 aprel tarixindən növbəti ilin 31 mart tarixinə qədər olan müddəti əhatə etdiyi üçün əvvəlcə gələn ilin 1 fevral tarixindən 31 mart tarixinə qədər müqavilə bağlanacaq. Daha sonra şəxsin istəyinə uyğun olaraq, eyni zamanda Səfirlik də uyğun gördüyü təqdirdə, müqavilə uzadılacaqdır. Müqavilə müddəti işin başlandığı aydan hesablanaraq ən çox 36 aya qədər uzadıla bilər.)
5. Tələb olunan bacarıqlar (aşağıda göstərilən bütün şərtlərə cavab vermək vacibdir):
- Bakalavr pilləsini bitirmiş, ödənişli iş təcrübəsi minimum 1 il olan şəxslər;
- JLPT N1 və ya JLPT N2 sertifikatlarına sahib olan, yapon dilində oxuyub yazmağı bacaran, Azərbaycan dilindən yapon dilinə və əksinə tərcümə edə bilən şəxslər;
- Azərbaycan dilini ana dili səviyyəsində bilən, yapon və ingilis dilində vəzifə öhdəliklərini həyata keçirə biləcək şəxslər;
- Gecələmək tələb olunan ölkədaxili ezamiyyətlərə gedə biləcək şəxslər;
- Microsoft Word, EXCEL, Power Point proqramlarında işləməyi bacaran şəxslər;
- Azərbyacanda sosial inkişaf, regionların inkişafı barədə ümumi biliyə malik olan şəxslər;
- Fərqli mədəniyyətlərə malik həmkarlarla birgə işləməyi bacaran şəxslər.
6. Müraciət qaydaları:
Aşağıda qeyd olunan e-mail ünvanına (1) tərcümeyi-hal (təhsil, iş təcrübəsi, yaş, e-mail ünvanı, mobil telefon nömrəsi qeyd olunmaq şərtilə), (2) Word formatında, yapon dilində hazırlanmış Motivasiya məktubu (vəzifəyə müraciət səbəbiniz) (həcmi 1600 hərfə qədər), (3) Word formatında, ingilis dilində hazırlanmış inşa (Mövzu: “Priority measures to be taken for rural development in Azerbaijan”, həcmi 1000 sözə qədər) göndərməyiniz xahiş olunur.
Tərcümeyi-hal, Müraciət məktubu və İnşanın formasını buradan endirə bilərsiniz.
Telefon ilə sorğu qəbul edilmir. Suallarınız olduğu halda, aşağıdakı e-mail ünvanına yapon və ya ingilis dilində müraciət etməyiniz xahiş olunur. E-mailin mövzu hissəsində “GGP application 2022” qeyd etməyiniz xahiş olunur.
E-mail ünvanı : economic@bk.mofa.go.jp
7. Seçim qaydaları:
1) 1-ci seçim mərhələsi
Təqdim edilmiş sənədlərə baxış. Birinci mərhələdən keçmiş şəxslərlə 7 dekabr (çərşənbə) tarixində e-mail vasitəsilə əlaqə saxlanılacaq.
2) 2-ci (son) seçim mərhələsi (14 dekabr, saat 14:30-dan başlayaraq təxminən 2 saat müddətində davam etməsi planlaşdırılır)
Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyində yazılı imtahan və müsahibə (yapon dilində) keçiriləcəkdir. 2-ci mərhələdə iştirak edən bütün şəxslərə 16 dekabr (cümə) 2022-ci il tarixinə qədər e-mail vasitəsilə nəticə barədə məlumat veriləcəkdir.
8. Qeyd:
- Tərcümeyi-hal sənədinə mütləq e-mail ünvanınızı qeyd etməyiniz xahiş olunur.
- Təqdim edəcəyiniz məlumatlar və sənədlər bu seçimdən başqa məqsədlər üçün istifadə edilməyəcəkdir.
- Əmək haqqı və işin necə aparılacağı ilə bağlı müsahibə zamanı məlumat veriləcəkdir.
- Yaponiya Xarici İşlər Nazirliyinin Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardım Proqramı haqqında aşağıdakı internet səhifələrindən məlumat ala bilərsiniz:
https://www.az.emb-japan.go.jp/itpr_ja/Kaihatsu_main.html (yapon dilində)
https://www.mofa.go.jp/mofaj/gaiko/oda/shimin/oda_ngo/kaigai/human_ah/index.html (yapon dilində)