21-ci Bakı Yapon Dili Natiqlik Müsabiqəsi keçirilmişdir

令和4年11月30日
benron
19 noyabr tarixində, Bakı Dövlət Universitetində “21-ci Bakı Yapon Dili Natiqlik Müsabiqəsi” keçirilmişdir (Təşkilatçı: Bakı Dövlət Universiteti; Təşkilati dəstək: Yaponiyanın Azərbaycandakı Səfirliyi; Dəstəkçilər: ITOCHU, ISR AUTO, TEPSCO şirkəti).

Ümumilikdə 16 nəfərin iştirak edərək, gözəl hazırlıq gördükləri nitqlərini nümayiş etdirmişlər. 

Yarışmada Rza Tamrida (inşa mövzusu “Yaponiya və Azərbaycan dostluğunun 30-cu ildönümü”) qalib gəlmişdir.
 
 
 
Yaponiya Səfirliyi olaraq bundan sonra da Azərbaycanda yapon dilinin yayılması fəaliyyətini dəstəkləmək, davam etdirməyi düşünürük.