- Arxiv - 2013
-
Tarix
En
Az
-
24.12.2013
19 və 20 dekabr 2013-cü il tarixlərdə Yaponiya hökümətinin “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində aşağıdakı layihələr üzrə imzalanma və açılış mərasimləri keçirilmişdi:
1. Şəmkirin Sabirkənd kəndində tibb məntəqəsinin tikintisi
2. Gədəbəyin Kiçik-Qaramurad kəndində su sisteminin tikintisi layihəsi
-
11.12.2013
Səfir cənab Takahaşi dekabrın 10-u Bakıda, Yaponiya şirkətlərinin dəstəyi ilə keçirilən tədbirdə iştirak etdi:
1. Panasonic Eko Gündəlik Müsabiqəsi
2. Toyota Qafqaz Azərbaycan nümayəndəliyi ofisinin açılış mərasimi
3. Panasonic “Open House 2013”
-
08.11.2013
7 noyabr 2013-cü il tarixində Yaponiya hökümətinin “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində, Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Şusuke Vatanabe və Zaqatala rayon İcra Hakimiyyətinin Başçısının birinci müavini cənab Tofiq Əhmədovun iştirakı ilə aşağıdakı layihə üzrə imzalanma mərasimi keçirilmişdir.
1.Zaqatala rayonunun Qandax kəndində Tibb Məntəqəsinin Tikintisi Layihəsi
-
08.11.2013
Oktyabrın 27-si (şənbə günü), Bakı şəhərində yerləşən Rəşid Behbudov adına Dövlət Mahnı teatrında Yaponiyanın Dövlət Fondunun təşəbbüsü ilə “Şiniçi Kinoşita Birliyi” adlı konsert keçirilmiş, həmin konsertdə Yaponiyanı təmsil edən 3 musiqiçi, tsuqaru şamisen ifaçısı Kinoşita Şiniçi, onun həyat yoldaşı, həmçinin tsuqaru şamisen ifaçısı Matsuhaşi Reika və vadaiko (yapon davulu) ifaçısı Koizumi Keniçi iştirak etmişdir. Musiqiçilərin ifasından sonra tamaşaçılar ayaq üstə duraraq, uzun müddət musiqiçiləri alqışlamışlar. Tsuqaru şamisenin səslənmə tərzi ilə Azərbaycanın ənənəvi musiqisi muğam arasında oxşarlıq hiss olunur, və ola bilsin məhz bu amil şamisen ifasını ilk dəfə dinləyən Azərbaycan tamaşaçılarının ürəyinə belə tez yol tapa bilməsinin səbəbidir.
-
06.11.2013
1 noyabr 2013-cü il tarixində Yaponiya hökümətinin “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində aşağıdakı layihələr üzrə imzalanma mərasimi keçirilmişdir:
1.“Gəncə şəhərinin Təcili Tibbi Yardım Xəstəxanasının Cərrahiyə Şöbəsinin Abadlıq” layihəsi üzrə qrant müqaviləsinin imzalanma mərasimi
2.“Hacıqabul Rayonunun Nəvai İnzibati Ərazisində Tibb Məntəqəsinin Tikinti” layihəsi üzrə qrant müqaviləsinin imzalanma mərasimi
-
22.10.2013
18 və 19 oktyabr 2013-cü il tarixlərində Yaponiya hökümətinin “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində aşağıdakı imzalanma və açılış mərasimləri keçirilmişdi.
1.“Qax Rayonununda tullantıların idarə olunması” layihəsi üzrə qrant müqaviləsinin imzalanma mərasimi
2.Balakənin Kortala kəndində tibb məntəqəsinin tkintisi” layihəsinin başa çatması münasibəti ilə açılış mərasimi
-
17.10.2013
12 oktyabr tarixində Bakı Dövlət Universitetində XII Bakı Yapon Dili Natiqlik Müsabiqəsi keçirilmiş, yapon dili üzrə ixtisaslaşan Bakı Dövlət Universitetindən 8 tələbə və Azərbaycan Dillər Universitetindən 8 tələbə gündəlik təhsillərinin nümayişində mübarizə aparmışlar. Səfir cənab Vatanabe və digər səfirlik işçiləri münsiflər heyəti qismində iştirak etmişlər. Münsiflər heyətinin verdiyi qərara görə Bakı Dövlət Universitetinin 2-ci kurs tələbəsi Axundova Vəfa qələbə qazanmış, Azərbaycan Dillər Universitetinin tələbələri Kərimli Asəf 2-ci, Aydayeva Zərifə isə 3-cü yerləri əldə etmişlər. Qələbə qazanmış Axundova Vəfa oktyabrın 26-da keçiriləcək Moskva Beynəlxalq Yapon Dili Natiqlik Müsabiqəsində Azərbaycanı təmsil edəcək.
Yaponiya səfirliyi olaraq bundan sonra da Natiqlik Müsabiqəsi vasitəsilə yapon dilinin öyrənilməsi səviyyəsinin daha da artmasını arzu edirik.
-
08.10.2013
4 və 5 oktyabr 2013-cü il tarixlərində Yaponiya hökümətinin “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində aşağıdakı açılış və imzalanma mərasimləri keçirilmişdi.
1.“Daşkəsənin Quşçu kəndində su sisteminin tikintisi” layihəsinin başa çatması münasibəti ilə açılış mərasimi
2.“Gədəbəyin Kiçik-Qaramurad kəndində su sisteminin tikintisi” layihəsi üzrə qrant müqaviləsinin imzalanma mərasimi
-
04.10.2013
Yaponiya Fondu beynəlxalq mübadilə proyektləri və fəaliyyəti olan fərdi şəxs və təşkilatları Yaponiya Fondunun proqramlarında iştirak etməyə dəvət edir. Yaponiya Fondu aşağıdakı 3 əsas kateqoriya üzrə öz proqram və fəaliyyətini təqdim edir:
1. İncəsənət və mədəniyyət mübadiləsi.
2. Xarici ölkələrdə yapon dili tədrisi.
3. Xarici ölkələrdə yapon dilinin öyrənilməsi və Beynəlxalq Mübadilə.
Seçimdən müvəffəqiyyətlə keçmiş ərizəçilər qrant yardımı, tədqiqat təqaüdü, yapon dili təlimi və digər şəkildə dəstək olunacaqlar.
2014-2015-ci maliyyə illəri üçün Yaponiya Fondunun Proqram Təlimatı aşağıdakı internet səhifəsində yerləşdirilmişdi. Maraqlananlar ziyarət edə bilərlər.
-
01.10.2013
24 sentyabr tarixində Səfirin xanımı və səfirlik əməkdaşları Telman Abbasov adına 225 saylı məktəbə baş çəkmiş və yapon dili öyrənən şagirdlərə durna oriqamisinin düzəldilməsini öyrətmişlər. Həmin dərs ATV telekanalı tərəfindən çəkilmiş və 24, 26 sentyabr tarixlərində televiziyada yayımlanmışdı.
-
17.09.2013
13 və 14 sentyabr 2013-cü il tarixində Yaponiya hökümətinin “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində aşağıdakı imzalanma və açılış mərasimləri keçirilmişdi.
1.“Masallının Güllütəpə kəndində tibb məntəqəsnin tikinitisi” layihəsi üzrə qrant müqaviləsinin imzalanma mərasimi
2. “Lerikin mərkəzi xəstəxanasının pediatriya şöbəsinin təmiri” layihəsinin başa çatması münasibəti ilə açılış mərasimi
-
11.09.2013
10 sentyabr 2013-cü il tarixində Yaponiya hökümətinin “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində aşağıdakı imzalanma mərasimi keçirilmişdi.
1.Ağdaş şəhərində məktəbin gigiyenik şəraitinin yaxşılaşdırılması
-
09.09.2013
7 sentyabr 2013-cü il tarixində Yaponiya hökümətinin “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində aşağıdakı açılış mərasimi keçirilmişdi.
1.Samuxun Qırmızı kəndində tibb məntəqəsinin tikintisi layihəsinin başa çatması münasibəti ilə açılış mərasimi
-
29.08.2013
26 və 27 avqust 2013-cü il tarixlərində Yaponiya hökümətinin “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində aşağıdakı açılış mərasimləri keçirilmişdi:
1.İsmayıllının Mican kəndində uşaq bağçasının inşası layihəsi
2.Şəki şəhərində peşə təlimi məktəbinin binasının təmiri
-
23.07.2013
22 iyul 2013-cü il tarixində Yaponiya hökümətinin “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində aşağıdakı açılış mərasimi keçirilmişdi.
1.Daşkəsənin Quşçu kəndində su sisteminin tikintisi
-
23.07.2013
19 iyul 2013-cü il tarixində Yaponiya hökümətinin “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində aşağıdakı açılış mərasimi keçirilmişdi.
1.Lənkəranın Zovla kəndində tibb məntəqəsinin tikintisi
-
26.06.2013
20 və 21 iyun 2013-cü il tarixlərində Yaponiya hökümətinin “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində aşağıdakı açılış mərasimləri keçirilmişdi:
1.Zaqatala rayonunun Qəbizdərə və Lahıc kəndlərinin “İçməli su təchizatının yaxşılaşdırılması" proyekti
2. Balakən rayonunun “Kortala kəndində tibbi məntəqənin tikilməsi” proyektinin imzalanma mərasimi
-
26.06.2013
İyunun 18-də Azərbaycan Dillər Universitetində Yapon mədəniyyəti festivalı keçirilmişdi. Yapon dili bölməsinin Universitetdə 2 il öncə açılmasına baxmayaraq tələbələrdən Bakı Yapon dili natiqlik müsabiqəsində yüksək nəticələr əldə etmələrinə ümid bəslənilir. Bundan əlavə, Yaponiya Səfirliyindən dəstək olaraq Səfirinin həyat yoldaşı xanım Vatanabe həftədə bir dəfə tələbələrə yapon dili və yapon mədəniyyəti (xəttatlıq, çay mərasimi, ikebana) üzrə dərs deyir.
-
20.06.2013
14 və 15 iyun 2013-cü il tarixlərində Yaponiya hökümətinin “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində aşağıdakı açılış mərasimləri keçirilmişdi:
1. Göyçay şəhəri “Məktəb gigiyenasının təkmilləşdirilməsi” layihəsi
2. Saatlı rayonu “Məzrəli və Naharlı kəndlərinin su təchizatının rekonstruksiyası” layihəsi
-
29.04.2013
7-ci Beynəlxalq Manqa Mükafatı haqqında elan. Hal-hazırda manqa işlərinin qeydiyyatı aparılır. O cümlədən, Səfirlik də 17 may 2013-cü il tarixinə kimi qeydiyyat aparacaq.
Əlavə məlumat üçün Səfirlik ilə əlaqə saxlaya bilərsiniz.
-
18.04.2013
17 aprel 2013-cü il tarixində, Yaponiya hökumətinin Ümumi Qrant Yardımı Proqramı çərçivəsində həyata keçiriləcək “Meliorasiya və Suvarma Avadanlıqlarının Təkmilləşdirilməsi” layihəsi üzrə mübadilə ediləcək notanın və qrant razılaşması üzrə sənədin imzalanma mərasimi keçirilmişdir. Layihənin məqsədi Azərbaycanın kənd təsərrüfat sahəsinin inkişafına və Azərbaycan xalqının rifahına töhfə verməkdir.
-
18.04.2013
15 və 16 aprel 2013-cü il tarixlərdə Yaponiya hökumətinin “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində aşağıdakı açılış mərasimləri keçirilmişdi.
1. “Oğuzun Yaqublu kəndində tibb məntəqəsinin tikintisi” layihəsi
2. “Şəmkirin Ələsgərli kəndində tibb məntəqəsinin tikintisi” layihəsi.
-
18.04.2013
Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyi (MEXT) Elmi tədqiqat aparan tələbələr üçün 2014-cü il təqaüd proqramını elan edir.
-
18.04.2013
Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyi (MEXT) Bakalavr dərəcəsi üzrə 2014-cü il təqaüd proqramını elan edir.
-
18.04.2013
Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyi (MEXT) Texnologiya üzrə kollec təhsili almaq istəyən tələbələr üçün 2014-cü il təqaüd proqramını elan edir.
-
29.03.2013
Yaponiyanın İnkişafa Rəsmi yardım Proqramı çərçivəsində həyata keçirilmiş layihə sahələrinə KİV (kütləvi informasiya vasitələrinin) nümayəndələrinin səfəri 2013-cü il martın 7-də və 13-də təşkil olunmuşdur. Martın 7-də 13 informasiya agentliyindən 19 jurnalist və operator, martın 13-də isə 11 agentlikdən 16 jurnalist və operator iştirak etmişdir. Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Şusuke Vatanabe jurnalistləri səfər zamanı müşayiət etmişdir. Layihələrə baxışdan sonra jurnalistlərə Səfirin iqamətgahında ziyafət verilmişdir. Ziyafət zamanı KİV nümayəndələri səfirliyin və Yapon şirkətlərinin əməkdaşları ilə İRY (İnkişafa Rəsmi Yardım Proqramı) haqqında fikir mübadiləsi aparmışlar.
-
12.03.2013
4 və 5 mart 2013-cü il tarixlərdə Yaponiya hökumətinin “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində aşağıdakı imzalama mərasimləri keçirilmişdi.
1. “Lerikin mərkəzi xəstəxanasının pediatriya şöbəsinin təmiri” layihəsi
2. “Lənkəranın Zovla kəndində tibb məntəqəsinin tikintisi” layihəsi.
-
11.03.2013
6 mart 2013-cü il tarixdə Naftalan şəhərində "Kiçik Şəhərlərdə Su Təchizatı və Kanalizasiya sistemlərinin təkmilləşdirilməsi layihəsinin” təməl qoyma mərasimi keçirilmişdir.
-
04.03.2013
27 və 28 fevral 2013-cü il tarixlərdə Bakı şəhərində “Azərbaycan – Yaponiya Peyk sektoruna həsr olunmuş seminar” keçirilmişdir.
-
15.02.2013
12 fevral 2013-cü il tarixdə Göyçay rayon İcra Hakimiyyətinin sədr müavini cənab İbrahimov və BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycan nümayəndəliyinin rəhbəri cənab Herevardin iştirakı ilə Yaponiya hökumətinin “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində “Göyçay şəhərində məktəbin gigiyenik şəraitinin yaxşılaşdırılması” layihəsi üzrə imzalama mərasimi keçirilmişdi.
-
13.02.2013
8 və 9 fevral 2013-cü il tarixlərdə Yaponiya hökumətinin “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində imzalama mərasimləri keçirilmişdi.
1.“Zaqatalanın Qəbizdərə və Lahıc kəndlərinin içməli su təchizatının təkmilləşdirilməsi” layihəsi
2. “İsmayıllı rayonunun Mican kəndində uşaq baxçasının tikintisi” layihəsi.
-
11.02.2013
Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyi (MEXT) Yapon dili və Yapon mədəniyyətini tədqiq edən tələbələr üçün 2013-cü il təqaüd proqramını elan edir.
-
11.02.2013
Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyi (MEXT) Müəllimlər üçün 2013-cü il təlim təqaüd proqramını elan edir.
-
04.02.2013
02.02.2013-cü il tarixdə Yaponiya hökumətinin “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində həyata keçiriləcək “Şəki şəhərində peşə təlimi məktəbinin binaslnln təmiri” layihəsi üzrə qrant müqaviləsinin imzalanma mərasimi keçirilmişdi.
-
04.02.2013
01.02.2013-cü il tarixdə Yaponiya hökumətinin “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində həyata keçirilmiş “Hacıqabulun Abdulabad kəndində tibb məntəqəsinin tikintisi” layihəsinin başa çatması ilə əlaqədar açılış mərasimi keçirilmişdi.
-
31.01.2013
Azərbaycan Milli İncəsənət Muzeyində 20 fevral 2013-cü il tarixinə kimi "MÜQAYİSƏLİ YAPONİYA: Müasir Yapon Memarlığı 1996 - 2006" adlı sərgi keçirilir.