Yaponiya-Azərbaycan Dostluq İli 2022- Xüsusi Səhifə
2023/1/5
Keçirilmiş tədbirlər
Dekabr- Azərbaycan Badminton Federasiyasına badminton raketkaları hədiyyə olunub
- Yaponiyada Təhsil Sərgisi keçirilmişdir
- İşikava Prefekturası, Şika şəhərindən nümayəndə heyətinin Azərbaycan səfəri
- 21-ci Bakı Yapon Dili Natiqlik Müsabiqəsi keçirilmişdir
- Bakıda "Əsrarəngiz kimono- Yaponiya Kimono Şousu" təşkil olunmuşdur
Oktyabr
- Şəki Kimya-Biologiya təmayüllü Respublika Liseyində "Hitachi Hightech Elmin Təbliğinə Dəstək" təlim dərsi keçilmişdir
- "Budo Festivalı 2022" baş tutmuşdur
Sentyabr
- "Nara Şam Cəmiyyətinin" təqdimatında Bakıda Şam Festivalı
- 5-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalında Yapon Animasiya filmlərinin nümayişi
- Yaponiya ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibətilə Rəsmi Mərasim və Caz Konserti
- Diplomatik münasibətlərin qurulmasının otuzuncu ildönümü münasibətilə Dövlət Rəhbərləri və Xarici İşlər Nazirləri adından təbrik məktublarının mübadiləsi
İyul
- Gəncədə cüdo idman növü üzrə "Səfir Kuboku" keçirilmişdir
- Niiqata Prefekturası Sanco Çərpələng Yarışı keçirildi
- Dostluq İli Piano Konserti
İyun
- “Naoki Hanzava” yapon serialının nümayişinin başlanması
- Sosial Müxtəliflik üzrə "True Colors Festival"-ın keçirilməsi
- Yaponiyanın ənənəvi şirniyyat ustasının Vaqaşi-yapon şirniyyatı üzrə təqdimatı
- Şamaxı 2 saylı tam orta məktəbdə "Hitachi Hightech Təbiət Elmləri Təhsilinə Dəstək" tədbiri keçirilmişdir
- Bakıda "Yaponiya Mədəniyyət Festivalı" keçirilmişdir
Mart
- Aşpaz Matsuşita Taisei tərəfindən yapon yeməklərinin hazırlanması ilə bağlı master klass
- Aşpaz Matsuşita Taisei tərəfindən yapon mətbəxinin nümayişi (Qalaaltı Hotel & Spa oteli)
Fevral
- “Naoki Hanzava” teledramın materiallarının Xəzər TV-yə təqdim etmə mərasimi
- “Hitachi Hightech Təbiət Elmləri Təhsilinə Dəstək” tədbiri
- “Dostluq” Ağacəkmə Aksiyası “Yaponiya-Azərbaycan Dostluq İli” açılış tədbiri
"Dostluq İli" haqqında
2022-ci ildə Yaponiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin əsasının qoyulmasının 30-cu ildönümü qeyd olunmuşdur.
İki ölkə üçün əhəmiyyətli olan"Yaponiya-Azərbaycan Dostluq İli" ötən il təntənəli şəkildə qeyd olunmuş, iki ölkə arasında müxtəlif mədəni, iqtisadi, siyasi və digər sahələrdə ikitərəfli əlaqələrin daha da genişləndirilməsi üçün uğurlu addım olmuşdur.
İki ölkə üçün əhəmiyyətli olan"Yaponiya-Azərbaycan Dostluq İli" ötən il təntənəli şəkildə qeyd olunmuş, iki ölkə arasında müxtəlif mədəni, iqtisadi, siyasi və digər sahələrdə ikitərəfli əlaqələrin daha da genişləndirilməsi üçün uğurlu addım olmuşdur.
"2022-ci il Yaponiya- Azərbaycan Dostluq İli" loqo və sloqanı

"2022-ci il Yaponiya-Azərbaycan Dostluq İli" Loqosu
Loqo Azərbaycan-Yaponiya diplomatik əlaqələrinin qurulmasının 30 illiyini əks etdirir. Loqodakı günəş bayrağındakı qırmızı rəngli günəşə istinadən Yaponiyanı, alov dilimlərindəki rənglər isə Azərbaycan bayrağının rənglərinə və “Odlar Yurdu” anlamına əsasən Azərbaycanı təsvir edir. Eyni zamanda, loqoda günəşin alovlanma qrafikası Azərbaycanla Yaponiya arasında münasibətlərin “alovlandığı”, yəni daha da inkişaf etdiyi anlamına gəlir.
Seçilmiş sloqan və loqo 2021-ci ildən başlayaraq 2022-ci ilin sonunadək iki ölkə arasında həyata keçiriləcək müxtəlif mədəniyyət tədbirləri və ya təbliğat materiallarında istifadə olunacaqdır.
Sloqan: Günəşimizi Alovlandıraq!
Sloqanda əks olunan məna:
“Günəş” Gündoğar ölkə kimi tanınan Yaponiya, “Alov” isə Odlar Yurdu Azərbaycanı ifadə etmiş olur. “Günəşimiz” (Bizim Günəşimiz) ifadəsi isə, Dostluq İlində azərbaycanlılar üçün Yaponiyanın daha da yaxın ölkə olması arzusunu özündə əks etdirir.
Loqoda təqdim olunan məna:
Loqo Azərbaycan-Yaponiya diplomatik əlaqələrinin qurulmasının 30 illiyini əks etdirir. Loqodakı günəş bayrağındakı qırmızı rəngli günəşə istinadən Yaponiyanı, alov dilimlərindəki rənglər isə Azərbaycan bayrağının rənglərinə və “Odlar Yurdu” anlamına əsasən Azərbaycanı təsvir edir. Eyni zamanda, loqoda günəşin alovlanma qrafikası Azərbaycanla Yaponiya arasında münasibətlərin “alovlandığı”, yəni daha da inkişaf etdiyi anlamına gəlir.Seçilmiş sloqan və loqo 2021-ci ildən başlayaraq 2022-ci ilin sonunadək iki ölkə arasında həyata keçiriləcək müxtəlif mədəniyyət tədbirləri və ya təbliğat materiallarında istifadə olunacaqdır.
"2022-ci il Yaponiya-Azərbaycan Dostluq İli" Sloqanı
Sloqan: Günəşimizi Alovlandıraq!
Sloqanda əks olunan məna:
“Günəş” Gündoğar ölkə kimi tanınan Yaponiya, “Alov” isə Odlar Yurdu Azərbaycanı ifadə etmiş olur. “Günəşimiz” (Bizim Günəşimiz) ifadəsi isə, Dostluq İlində azərbaycanlılar üçün Yaponiyanın daha da yaxın ölkə olması arzusunu özündə əks etdirir.